Ali Radanın deputatı Maryana Bezuqla 6 gün əvvəl istefa vermək istəyən energetika naziri Svitlana Qrinçukun Ukraynadan qaçmış ola biləcəyini bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ölkənin Siyasəti” teleqram kanalı məlumat yayıb.
Deputat yalnız “Svitlana Qrinçuk qaçmış ola bilər” deməklə kifayətlənib və iddia edilən qaçışla bağlı əlavə detal açıqlamayıb.
Xatırladaq ki, noyabrın 10-da Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) Prezident Zelenskinin “kassası” kimi tanınan iş adamı Timur Mindiçi enerji sektorunda geniş korrupsiya sxemi yaratmaqda ittiham etmişdi. İstintaqa keçmiş nazirlər Herman Qaluşenko və Svitlana Qrinçuk da daxil edilib.
Tahir Turan
Globalinfo.az














