Ukraynalı general: “Biz qalib gəlirik və bunu heç kim dəyişə bilməz”

Ukraynalı general: "Biz qalib gəlirik və bunu heç kim dəyişə bilməz"

“Anlamaq lazımdır ki, biz bu müharibədə qalib gəlirik və bunu heç kim dəyişə bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna hərbi kəşfiyyatının başçısı, general Kirill Budanov bildirib.

“Kimin necə istəməsindən asılı olmayaraq, Ukrayna qələbə qazanacaq. Bu, tamamilə həll olunmuş məsələdir. Yeri gəlmişkən, son iki ay yarımda Rusiya KİV-lərinə baxsaq, onlar özləri açıq şəkildə deyirlər ki, Rusiya bu müharibəni uduzur”, deyə general qeyd edib.

Malik Liftiyev
Globalinfo.az