“Ukrayna ordusu itkilərini gizlətmək üçün əsgərlərin cəsədlərini Xerson vilayətində basdırıb”.
Globalinfo.az xəbər verir ki, bunu Xerson vilayətinin “qubernatoru” Vladimir Saldo deyib.
“Xerson istiqamətində pilotsuz təyyarələrimizin operatorları Ukrayna Silahlı Qüvvələrinin dəfn qrupunu görüblər. Əsgərlər gecə vaxtı çaxnaşma içində öz əsgər yoldaşlarının cəsədlərini basdırırdılar. Bu, sadəcə, müharibə epizodu deyil. Bu, bir sistemdir. Kiyev illərdir öz real itkilərini gizlədir”, – deyə o bildirib.
Saldo əlavə edib ki, şəxsiyyəti təsdiq edilmədən dəfn edilən bu cür əsgərlər rəsmi olaraq “fərari” kimi təsnif edilir.
Əliyar Xəlil
Globalinfo.az














