
Ukrayna Ali Radası ölkədə səfərbərlik çağırışı və elan edilmiş hərbi vəziyyətin müddətinin avqustun 6-dək uzadılması barədə qərar verib.
Globalinfo.az bildirir ki, 357 deputat bunun lehinə, 1 nəfər isə əleyhinə səs verib.
Məlumata görə, səsvermədən öncə deputatlara xəbərdarlıq mesajı göndərilib və hər kəsin təklifi dəstəkləməsi tələb olunub.
“Səsvermənin nəticələri yoxlanılacaq, mənfi nəticə olarsa, müvafiq tədbirlər görüləcək”, – mesajda qeyd olunur.
Beləliklə ölkədə prezident və rada seçkilərinin də ertələndiyi bildirilir.
Ayşən Mustafa
Globalinfo.az