Ukraynada BQXK-ya sərt reaksiya: “Terror təşkilatına çevrilib”

“Beynəlxalq Qırmızı Xaç Komitəsi sözün əsl mənasında terror təşkilatına çevrilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə Ukrayna vətəndaşlarının paylaşımlarında bildirilir.
Paylaşımlarda qeyd olunur ki, təşkilat ukraynalı uşaqların işğal altındakı ərazilərdən Belarusa köçürülməsində iştirak edib.

Bundan əlavə, komitənin Belarusdakı rəhbərinin fotosu da qalmaqala səbəb olub. Belə ki, sözügedən şəxsin geyimində Rusiyanın apardığı müharibədə simvollarından sayılan “Z” işarəsi müşahidə olunub.
Sosial şəbəkənin Ukrayna seqmentində təşkilatın fəaliyyətinə böyük qəzəb ifadə olunub.

İntiqam Əhmədov
Globalinfo.az