Ukraynadan Rusiya ilə bağlı açıqlama: “Birbaşa danışıqlar…”

 

Ukraya Sülh Sammitinin əsas vəzifəsini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Adminstrasiyası rəhbərinin müavini İqor Jovkva məlumat verib.

O, İsveçrə Sammiti ilə bağlı bəzi detallardan danışıb.

Rusiya bu gün  müharibəni davam etdirmək istəyən yeganə ölkədir.  Ona görə də, İsveçrə sammiti Rusiya ilə birbaşa danışıqları nəzərdə tutmur. Bu sammitdə biz sülhün bərqərar olması üçün mahiyyətcə danışmağa və hərəkətə keçməyə hazır olan ölkələri toplamışıq.” – deyə Jovkva vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az