Ukraynanın Sumı vilayətindən olan daha 12 uşaq reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusyev “X” sosial media hesabında paylaşıb.
Diplomat bildirib ki, bu il 215 nəfər olmaqla, ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda sülh və qayğı tapıb.
“Dəstəyinə görə Azərbaycana minnətdarıq”, – səfir qeyd edib.
Xatırladaq ki, sonuncu dəfə 30 ukraynalı uşaq oktyabrın 27-də reabilitasiya məqsədilə Azərbaycana gətirilib.














