Ukraynadan daha bir İLK: Budəfəki hücumun hədəfi…

Ukraynadan daha bir İLK: Budəfəki hücumun hədəfi...

Ukrayna ordusu Rusiyanın “İsgəndər” hava hücumundan müdafiə sisteminin buraxılış məntəqələrinə zərbələr endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hədəflər uğurla vurulub. Bir Rusiya raket obyekti partladılıb, daha ikisi isə böyük ehtimalla zədələnib”, – bəyanatda deyilib.

Məlumata görə, Kiyev ilk dəfədir ki, “İsgəndər” əməliyyat-kəşfiyyat sistemini vurmağa nail olub.

Qeyd olunub ki, bu, Bryansk vilayətinin Klintsı şəhəri ərazisində yerləşən 26-cı raket briqadasının bölməsidir.

Əliyar Xəlil
Globalinfo.az