Kiyevdən ABŞ-a gözlənilməz hücum – Pərdəarxasındakı ölkə

Kiyevdən ABŞ-a gözlənilməz hücum – Pərdəarxasındakı ölkə

“X” sosial şəbəkəsinə kiberhücum xüsusilə sosial medianın xarici seqmentində müzakirə obyektinə çevrilib. Amerikalı iş adamı və milyarder İlon Maskın Ukraynanı günahlandırması isə diqqət çəkib.

Sitat: “Biz hələ detallarla bağlı tam əmin deyilik, lakin saytı sıradan çıxarmaq üçün çox güclü kiberhücum həyata keçirilib. İP ünvanlar hücumların Ukraynadan həyata keçirildiyini göstərir”.

Qeyd edək ki, saytın işində problemlər Böyük Britaniya, Almaniya, ABŞ, Fransa və digər ölkələrdə qeydə alınıb. Ən çox şikayət isə Yaponiyadan daxil olub.

Ukrayna hazırkı çətin vaxtında bu cür kiberhücumları necə reallaşdırıb? Bunun arxasında hansı dövlət dayanır?

Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib ki, amerikalı iş adamının bu cür açıqlama verməsi müəmmalıdır:

Kiyevdən ABŞ-a gözlənilməz hücum – Pərdəarxasındakı ölkə

Rəşad Rza

“İlon Mask indiyə qədər bütün siyasi məsələlərdə neytral mövqe tutub. Baş verən hadisə ilə bağlı son fikirləri şübhəlidir. Ukrayna isə kibertəhlükəsizlik sahəsində kifayət qədər inkişaf edib. Hansı dövlətlərin rəsmi Kiyevə yardım etməsi məsələsində gəldikdə isə təbii ki, dünyanın müharibəyə görə iki yerə bölündüyü bəllidir. Hamı öz mövqeyini hansısa tərəf üzərindən göstərir və yardım edir. Kibertəhlükəsizlik sahəsi üzrə ön sıralarda yer alan əsas ölkə İsraildir”.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov isə bildirib ki,  İlon Mask manipulyasiyaları ilə məşhur iş adamıdır:

Kiyevdən ABŞ-a gözlənilməz hücum – Pərdəarxasındakı ölkə

Elvin Abbasov

“Süni intellektin bir neçə il əvvəl  dayandırılması istiqamətində də çağırışlar edirdi. Özü bu istiqamətdə geri qalmışdı və boşluğu doldurmaq üçün bu üsula əl atdı. Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında son mübahisələr fonunda İlon Mask da nüfuzundan istifadə edərək aktiv rol oynaya bilər. Bu baxımdan iş adamının açıqlamalarının manipulyasiya olma ehtimalı yüksəkdir. İkincisi, kiberhücumlarda birbaşa kimisə ittiham etmək asan deyil. Sənədli hesabatlar olmalıdır. Qarşı tərəf də bunu edibsə, məsuliyyəti daşımalıdır. Əks təqdirdə bu, qarşılıqsız günahlandırmadır. Ukrayna ümumiyyətlə rəqəmsal sferada bütün imkanlardan geniş istifadə edən, proqramistləri isə dünya miqyasında tanınan ölkələrdən biridir. Amerikalı milyarder iddialarında haqlıdırsa, Ukraynanın kiberhücum sahəsində kifayət qədər bacarıqlı mütəxəssislərinin olduğunu deyə bilərik. Onlar lazımi addımlar ata bilərlər”.

Günay Rəsulqızı
Globalinfo.az