“Ukrayna Ali Radasının binası mədəni irs abidəsi olduğu üçün Rusiya Silahlı Qüvvələri oranı vurmur”.
Globalinfo.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan “Vladimir Solovyovla axşam” verilişində deyib.
Simonyan bildirib ki, Rusiya və Ukrayna xalqları eyni millətin nümayəndələridir:
“Ukrayna parlamentinin binası sadəcə inzibati mülk deyil, əməyinə görə “Stalin” mükafatına layiq görülmüş sovet memarı Vladimir Zabolotnının yaratdığı tarixi tikilidir. Ora Ukrayna SSR Ali Sovetinin binasıdır və biz ruslar özümüzə aid olana əl qaldırmırıq”.
Əliyar Xəlil
Globalinfo.az














