İsmaililərin ruhani lideri vəfat etdi

kerim aga

İsmaililərin ruhani lideri Şahzadə IV Kərim Ağa Xan 88 yaşında Lissabonda vəfat edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İsmaili İmamət Divanının rəsmi açıqlamasında bildirilir.

IV Ağa Xan 1957-ci ildən, 20 yaşından ismaili icmasına rəhbərlik edir.

Ənənəyə görə, yeni imam sələfi tərəfindən vəsiyyətlə təyin olunur.

IV Kərim Ağa Xanın vəsiyyətinin oxunmasından sonra yeni imamın adının yaxın günlərdə açıqlanması gözlənilir.