Avropa Ukraynaya polis və istehkamçı göndərməlidir.
Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib.
Bundan başqa, o, Moskva və Kiyevin razılığı ilə BMT TŞ-nin mandatı altında xətt boyunca sülhməramlıların və ya müşahidəçilərin yerləşdirilməsi ehtimalını da qeyd edib.
“Hesab edirəm ki, Avropanın istehkamçılarının və polislərinin təhlükəsizlik və asayişə nəzarət etməsi daha effektiv və çevik həll olardı. Demarkasiya xətti boyunca sülhməramlı qüvvələrin də yerləşdirilməsi mümkündür, lakin təbii ki, hər iki tərəfin icazəsi ilə”, – Polşa Prezidenti bildirib.
Aysel Əliyeva
Globalinfo.az














