Ukraynada rus dilini tədris edən neçə məktəb qalıb?

Ukraynada rus dilini tədris edən neçə məktəb qalıb?

Ukraynada rus dilini tədris edən cəmi üç məktəb qalıb.

Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın dövlət dilinin mühafizəsi üzrə müvəkkili Taras Kremin deyib.

O bildirib ki, 2023/2024-cü tədris ilində üç təhsil müəssisəsinin 45 sinfində 768 ukraynalı uşaq rus dilini öyrənir.

Üstəlik, hələ 2022-ci ildə Ukraynada rus dilini öyrənən uşaqların sayı dörd min olub.

Qeyd edək ki, Latviya Milli Birliyi partiyasının müşaviri İmants Paradnieks də latviyalılar üçün rus dilini bilməyin təhlükəli olduğunu açıqlayıb. Onun fikrincə, bu, təfəkkürə zərər verir. Odur ki, latviyalılara rus dilini öyrənmək qadağan edilməlidir.

Əliyar Xəlil
Globalinfo.az