Ukraynada qatarda qumbara partladı: ölənlər var

Ukraynada qatarda qumbara partladı: ölənlər var

Ukraynanın Jitomir vilayətində qatarda qumbara partlayıb, ölənlər və yaralananlar var.

Globalinfo.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.

    Məlumatda deyilir ki, Jitomir vilayətinin Ovruç şəhərində bir kişi qatarda qumbara partladıb.

    Məlumata görə, 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

    İlkin məlumatlara əsasən, qumbaranı partladan axtarışda olan şəxs olub.

    Hadisə ilə bağlı araşdırmalar davam edir.