Ağ Ev ABŞ-ın qlobal miqyasda, o cümlədən Myanma, Suriya və Ukraynada Rusiya tərəfindən törədildiyi iddia edilən hərbi cinayətlərin araşdırılması ilə bağlı demək olar ki, iki onlarla proqramın maliyyələşdirilməsini dayandırmağı tövsiyə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinə daxili hökumət sənədləri və məsələ ilə tanış iki ABŞ rəsmisi məlumat verib.
Bu tövsiyə ABŞ Prezidenti Administrasiyasının İdarəetmə və Büdcə İdarəsi (OMB) tərəfindən irəli sürülüb. Qərar OMB ilə ABŞ-ın dövlət katibi Marko Rubio və onun komandası arasında potensial müzakirələrin başlanmasına zəmin yaradır. Onlar hansı proqramların davam etdirilməyə layiq olduğunu müəyyən edərək öz tövsiyələrini təqdim etməlidirlər.
Proqramlar sırasına İraq, Nepal, Şri-Lanka və Qambiyada həyata keçirilən layihələr də daxildir.
Mənbələr bildirir ki, dayandırılması təklif olunan proqramların bir neçəsi Ukraynada müharibə cinayətlərinin araşdırılması ilə bağlı layihələri əhatə edir. Onlardan biri “Global Rights Compliance” təşkilatıdır ki, o, ölkədə cinsi zorakılıq və işgəncələr də daxil olmaqla, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərin sübutlarını toplayır.
Digər proqram isə “Legal Action Network” adlı hüquqi yardım təşkilatıdır. Bu qurum Ukraynada rusiyalı şübhəlilərə qarşı məhkəmə işlərinin açılmasına dəstək verir.
Aysel Əliyeva
Globalinfo.az














