Globalinfo.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli sosial şəbəkədə paylaşımında qeyd edib.
“Bu müharibə pulla bağlıdır. İnsanlar bu barədə çox danışmırlar. Amma bilirsiniz ki, bütün Avropada nadir minerallarına görə ən zəngin ölkə Ukraynadır. 2-7 trilyon dollar dəyərində olan minerallar 21-ci əsr üçün çox aktualdır. Ukrayna ruslarla deyil, bizimlə sövdələşməyə hazırdır. Ona görə də Rusiyanın bu yeri ələ keçirə bilməməsi bizim marağımızdadır. Ukrayna inkişaf etməkdə olan dünyanın çörək səbətidir. Afrikaya gedən bütün ərzağın 50 faizi Ukraynadan göndərilir”, – Qraham bildirib.
Senator vurğulayıb ki, iqtidara gələn Tramp administrasiyası bu cür resursları nağdlaşdırmaq üçün unikal mövqedən çıxış edir:
“Donald Tramp pulumuzu geri almaq, nadir minerallara əl qoymaq üçün sövdələşməyə hazırlaşır. Bu anlaşma Ukrayna və ABŞ üçün yaxşı olacaq və Donald Tramp oraya sülh gətirəcək”.














