Bu gün səhər saatlarında Xarkov vilayətində partlayışlar baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Public” Telegram kanalı məlumat yayıb.
“Partlayışlar Çuqev şəhər icmasında eşidilib. Hansı infrastruktur obyektlərinə ziyan dəydiyi barədə məlumat yoxdur. Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsinə əsasən, Xarkov vilayətində partlayışlar hava hücumu həyəcanı fonunda eşidilib. Sumı rayonunda da elan olunub”, – deyə bildirilib.
Qeyd edək ki, iyulun 7-nə keçən gecə Odessada partlayışlar baş verib.
Bundan əvvəl Odessa, Nikolayev, Çerniqov, Sumı, Kiyev və Poltava vilayətlərində hava hücumu həyəcanı elan edilib.
Əliyar Xəlil
Globalinfo.az














