Ukraynada həlak olan azərbaycanlı hərbçinin nəşi tapılmır – VİDEO

Ukraynada müharibə davam edir.

Globalinfo.az Baku TV-yə istinadən xəbər verir ki, ötən gecə ölkənin mərkəzi, cənub-şərqi və şərq vilayətləri hava hücumuna məruz qalıb.

Həmçinin Ukrayna ordusu Xerson və Krım istiqamətində hücumlarını intensivləşdirib.

Bundan əlavə, Donetsk vilayətinin Avdiyevka şəhəri demək olar ki, mühasirəyə düşüb

Əgər Ukrayna silahlı qüvvələri Avdiyevkanı itirərsə, bu, artıq Donetskin taleyinin həll olunması deməkdir.

Ukrayna ordusunun təxminən iki ay əvvəl itkin düşən və həlak olduğu bildirilən azərbaycanlı hərbçisinin nəşi hələ də tapılmayıb.