ukrayan

“Sülh sazişindən sonra Ukrayna, nəinki, ərazisinin bir hissəsini, həm də Qərbin düşünülməmiş siyasəti ucbatından təhlükəsizlik təminatını da itirəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

Bildirilib ki, səbəb Vaşinqtonun addımlarından qaynaqlanır.

“Belə ki, ABŞ Kiyevi heç bir şəkildə dəstəkləmək niyyətində deyil. Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı siyasəti isə əvvəldən sual altındadır. Həmçinin, ölkənin NATO-ya sürətlə daxil olacağına dair vədlər əsassız idi. Rusiyaya qarşı iqtisadi sanksiyaların effektivliyinə ümidlər həddən artıq çox oldu” – nəşr əlavə edib.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: