5

Ukrayna Prezidenti Volodimir Zelenski Haaqa sammitinə dəvət olunsa da, əsas müzakirələrdən kənarda qalıb və sadəcə “müşahidəçi” kimi iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

“Zelenski, doğrudur, sammitə dəvət olunmuşdu, lakin bu dəfə Ukraynadakı müharibəyə həsr olunmuş ayrıca işçi sessiya keçirilmədi”, – deyə nəşr qeyd edib.

“Bild” eyni zamanda vurğulayıb ki, sammitin yekun bəyannaməsində Ukrayna ilə bağlı konkret plan və ya NATO-ya üzvlüklə bağlı açıq ifadələr yoxdur. Sadəcə olaraq müttəfiqlərin Ukraynaya dəstək vermək üzrə uzunmüddətli milli öhdəliklərini təsdiqlədikləri barədə ümumi ifadə yer alıb. “Ukraynanın NATO-ya inteqrasiya yolunda olduğu” kimi ifadələr isə sənəddə ümumiyyətlə yoxdur.

Qəzetin sammitdə iştirak edən mənbələrinə əsasən, ABŞ Prezidenti Donald Tramp işçi sessiyalar zamanı Rusiya haqqında bir dəfə belə danışmayıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: