Ukrayna hökuməti hərbi vəziyyətlə bağlı siyasətə dəyişiklik edib.

Globalinfo.az xəbər verir ki, yeni qərara əsasən, 18-22 yaş arası kişilərin ölkəni tərk etməsinə icazə verilir.

Baş nazir Yuliya Svırıdenko hərbi komandanlığın təsdiqi ilə qəbul edilən bu qərarın dərhal qüvvəyə mindiyini açıqlayıb.

Prezident Vladimir Zelenski də qərarı təsdiqləyərək bildirib:

“Bu gün hökumətin iclasında 18-22 yaş arası kişilərin sərhədi keçməsi qaydaları yenilənəcək. Bütün detallar hərbi komandanlıqla razılaşdırılıb və yaxın vaxtlarda operativ şəkildə tətbiq olunacaq”.

Tahir Turan
Globalinfo.az

Paylaş: