Ukrayna Rusiyanın Başqırdıstan Respublikasında yerləşən “Qazprom Neftekhim Salavat” obyektini vurub.
Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın Rusiyanın seqmentində məlumat yayıb.
Bildirilib ki, zavod Ukrayna sərhədindən 1400 km məsafədə yerləşir.
“Qazprom Neftekhim Salavat” şirkəti Rusiyanın ən böyük neft emalı və neft-kimya istehsalı komplekslərindən biridir.
Müəssisə benzin, dizel yanacağı, mazut, bitum və polietilen daxil olmaqla 150 adda məhsul istehsal edir.














