Ukrayna tezliklə məhv olacaq – Tramp

c745e0e61950aa2bf71cac0371e64092

“Ukrayna tezliklə məhv olacaq və mən onu xilas etməyə çalışıram”

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “The Atlantic” jurnalına verdiyi müsahibədə danışıb. O, Ukraynanın yaxın zamanda məğlub ola biləcəyini və onun ölkəni xilas etməyə çalışdığını bildirib.

“Mən düşünürəm ki, bu milləti xilas edirəm. Çünki bu ölkə çox tezliklə məhv olacaq. Qarşımızda böyük bir hərbi maşın var. Gəlin, reallığa göz yummaqdan vaz keçək”, – deyə Tramp bildirib.

ABŞ liderindən soruşulub ki, Ukraynaya daha çox silah göndərmək ehtimalı varmı? Tramp isə bu ehtimalı tam istisna etməyib.

“Bu, mütləq silah olmaq məcburiyyətində deyil. Silahın müxtəlif növləri var. Bu, güllə atan silah olmaq məcburiyyətində deyil. Silah iqtisadi sanksiyalarla da ola bilər, bank əməliyyatları vasitəsilə də. Bir çox başqa silah formaları var”, – o qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az