Kiyev Rusiya ilə müharibənin dayandırılması naminə ərazi güzəştlərinə getməyə hazır deyil. Bu, Moskvaya yeni müharibə ərəfəsində fasilə imkanı verəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Fransa parlamentində çıxışı zamanı deyib.
O, Ukraynanın Rusiya qarşısında qələbə qazana biləcəyini deyib:
“Biz bu savaşı uda bilərikmi? Sözsüz ki, bəli. Biz bacararıq. Ukrayna Avropa deməkdir. Avropa isə həm də Fransa deməkdir…
Putin müharibəni uda bilərmi? Yox. Ona görə ki, biz sizinlə uduzmaq haqqına sahib deyilik. Bu müharibə cəbhə xəttində sönə bilərmi? Yox, çünki şər üçün heç bir xətt yoxdur. Əgər kimsə müharibədə hansısa müvəqqəti xətlər çəkmək istəsə, bu sadəcə yeni müharibə ərəfəsində fasilə olacaq”.
Zelenski həmçinin deyib ki, Rusiya Avropanı destablizə etmək üçün yollar axtarır. O, Putinin bütün dünyanı şantaj edərək, özündən qorxutmağa çalışdığını söyləyib.
Əliyar Xəlil
Globalinfo.az














