Ukrayna savaşına yeni nəsil silah daxil olur – Rusiyaya pis xəbər

Almaniyanın “Rheinmetall” konserni ilin sonuna qədər Ukraynaya yeni nəsil kəşfiyyat PUA-ları sayılan “Luna NG”ləri verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

Qeyd olunur ki, sözügedən PUA-lar kəşfiyyat funksiyası ilə yanaşı sursatları ilə birlikdə səkkizə qədər “Hero R” kvadrokopterini daşımaq imkanına sahibdir.

Sözügedən kvadrokopterlər İsrailin “UVision” şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

“Luna NG” və “Hero R”in kombinasiyası kəşfiyyat fəaliyyətinin effektivliyini artırır və endirilən zərbənin dəqiqliyinə təsir göstərir.

Tamerlan Yayaqan
Globalinfo.az