Ukrayna S-200-lə Krıma hücum edib – Rusiya MN

Ukrayna dünən gecə Krıma S-200 raketi ilə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri raketi zərərsizləşdirib.

Bildirilib ki, hücum nəticəsində itki və dağıntı olmayıb.

Xatırladaq ki, Rusiya Krım yarımadasını 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.