Ukrayna şəhərinin tarixi adı bərpa olundu

Ukrayna şəhərinin tarixi adı bərpa olundu

Ukraynanın Jitomir vilayətinin Novoqrad-Volınski şəhərinin tarixi Zvyaqel adı bərpa edilib.

Globalinfo.az xəbər verir ki, şəhərin tarixi adının qaytarılmasına yerli sakinlər təşəbbüs göstəriblər.

Qeyd edək ki, XV əsrdən bəri Zvyaqel adlandırılan bu şəhər 1793-cü ilə qədər Reç Pospolitanın tərkibində olub.

1793-cü ildə Rusiya imperiyasının tərkibinə keçən şəhərin adı Novoqrad-Volınskiyə dəyişdirilib.