Ukrayna Rusiyaya PUA-larla zərbə endirdi: ölənlər var

Ukrayna ordusunun pilotsuz uçuş aparatları ilə Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərindəki hündürmərtəbəli binaya hücumu nəticəsində iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

Globalinfo.az bildirir ki, binanın giriş hissəsi tamamilə dağılıb, eləcə də 15 mənzil yararsız hala düşüb.

Dağıntılar altında uşaqlar da daxil olmaqla, azı 5 nəfərin qaldığı ehtimal olunur.