53457284278 a4f208d408 o scaled 1

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak Kiyevin qismən Qazaxıstana məxsus olan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) obyektlərinə qarşı həyata keçirdiyi hücumları sanksiya təzyiqinin nümunəsi kimi qiymətləndirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Exclusive”ə müsahibəsində bildirib.

Podolyakın sözlərinə görə, hər hansı layihədə iştirak edən tərəflər mümkün zərərlərin bölüşdürülməsi riskini nəzərə almalıdır:

“Xəzər Konsorsiumu ətrafında baş verənlər sanksiya təzyiqinin çox yaxşı nümunəsidir. Aydın məsələdir: əgər siz hansısa işdə iştirak edirsinizsə, itkilər də bölüşdürülə bilər”.

Qeyd edək ki, iyulun 30-da Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları CPC-nin dəniz terminalında neft yükləyən tankerə zərbə endirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: