Ukraynanın pilotsuz uçuş aparatı Qafqazda müşahidə edilib.
Globalinfo.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Kiyevə məxsus PUA-ni Şimali Osetiyada məhv etdiyini bildirib.
Qeyd edək ki, Ukrayna PUA-ları ilk dəfədir bu ərazidə müşahidə edilirlər. Onun döyüş əməliyyatlarının getdiyi bölgə ilə arasındakı məsafə 900 kilometrə bərabərdir. Bundan öncə Ukrayna PUA-ları Orenburq vilayəti, Başqırdıstan və Tatarıstan respublikalarında da görünmüşdü.














