Belarusun hava hücumundan müdafiə sistemi Ukraynadan uçan bir neçə hədəfi məhv edib, ehtimal ki, bunlar pilotsuz uçan aparatlar olub.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvaya Ukraynanın Yaroslav yaxınlığında vurulan hava hədəfləri barədə məlumat verərkən deyib.
O deyib ki, Kiyevin istənilən təxribatı cavabsız qalmayacaq
Lukaşenko bildirib ki, Ukraynanın Belarsun hava məkanını pozması səbəbindən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.














