Ordu komandanından xəbərdarlıq: Rusiya Kiyevi ələ keçirmək istəyir

“Rusiya Kiyevi ələ keçirmək fikrindən əl çəkməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Pavlyuk deyib.

O bildirib ki, yaxın 2 ayda müharibə kritik mərhələyə qədəm qoya bilər.

“Rus ordusu zərbə endirmək üçün müdafiə xətlərini yoxlayır. Lakin bir neçə istiqamətdə hücuma keçə bilməyəcəklər. Kiyevin müdafiəsi bizim əsas vəzifələrimizdən biri olaraq qalır. Biz paytaxtın müdafiəsinin gələcəkdə necə mühüm rol oynayacağını bilirik. Rusiya bilir ki, bir-iki ay ərzində kifayət qədər silah əldə etsək, vəziyyət onların əksinə çevrilə bilər. Ukrayna Silahlı Qüvvələri əsgər yox, artilleriya və zirehli texnikanın böyük çatışmazlığı ilə üz-üzədir”, – Aleksandr Pavlyuk vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az