heqset 900x506 2

ABŞ müdafiə naziri Pit Heqset Tehranın Yaxın Şərqdəki Amerika və İsrail hədəflərinə qarşı cavab zərbələrinin intensivliyindən təəccüblənib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Time” mənbələrə istinadən məlumat yayıb.

“Heqset “Mən dəhşətə gəldim” deyib. O, Tehranın keçmiş ABŞ hücumlarına qarşı təmkinli cavabını vurğulayıb”, – deyə nəşr yazıb.

Pentaqonun baş sözçüsü Şon Parnell isə nəşrə belə cavab verib:

“Əməliyyat başlamazdan əvvəl, ən zəif cavabdan ən ekstremal eskalasiyaya qədər İranın hər hansı mümkün cavabını gözləyirdik və buna tam hazır idik. Onların  etdiyi heç bir şey bizi təəccübləndirmir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: