Kurskdan Ukraynanı sevindirən xəbərlər gəlir

Kurskdan Ukraynanı sevindirən xəbərlər gəlir

Sutka boyunca Ukrayna ordusu Kursk vilayətinin ərazisində daha 2 kilometr irəliləyib.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Ordusunun Baş komandanı Aleksandr Sırski deyib.

O bildirib ki, bununla da ordu bölgədə 5 kvadrat kilometrlik ərazini nəzarətə götürüb.

Sırskinin sözlərinə görə, “hazırda Rusiya tərəfinin Pokrovka istiqamətindəki müdafiə xəttini yarmağa yönələn cəhdləri uğursuzluqla nəticələnir”.