rus ukrayna ordu 11

Ukrayna qüvvələri Donetsk vilayətində Slavyansk və Pokrovsk istiqamətlərində mövqelərini yaxşılaşdırıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) hesabatında qeyd olunub.

Analitiklərin qiymətləndirməsinə görə, Slavyanskin şərqində yerləşən Ozernoye ərazisində Rusiya mövqelərinə zərbələrin endirilməsi Ukrayna hərbçilərinin burada irəliləyiş əldə etdiyini göstərir.

Bu məlumat Rusiyanın həmin ərazinin qərb hissəsinə nəzarət etdiyi barədə əvvəlki iddialarına da şübhə yaradır.

Ukrayna ordusu Pokrovsk istiqamətində də taktiki uğur əldə edib. Bildirilir ki, Ukrayna qüvvələri Belitskoyenin şimal-qərbindəki bəzi mövqeləri geri alıb. ISW-nin əvvəlki qiymətləndirmələrində də bu istiqamətdə Rusiya qüvvələrinin kiçik qruplarla infiltrasiya taktikasından istifadə etdiyi qeyd olunurdu.

Xatırladaq ki, son dövrlərdə Donetsk cəbhəsində vəziyyət xüsusilə Slavyansk, Pokrovsk və Kostyantınivka istiqamətlərində intensiv olaraq qalır.

Paylaş: