İran Prezidenti Məsud Pezeşkian Belarusda yaşayan iranlılarla görüşündə çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, vəzifəyə gəlişindən bəri ölkəsinin qarşılaşdığı çətinliklərə diqqət çəkərək bildirib:
“Mənim Prezidentliyim Həniyənin ölümü ilə başladı, döyüş və müharibə ilə davam etdi”.
Pezeşkian çıxışında İranın qədim tarixinə və milli kimliyinə vurğu edərək deyib:
“Bir çox ölkələr yenicə yaranıb, amma İranın minillik tarixi var. Biz mədəniyyətimizi və inanclarımızı dirçəltməyi bacarmalıyıq. Ən önəmlisi isə gəncləri lazımi mövqelərə gətirməkdir”.
Tahir Turan