Ukrayna ordusu atəşi dərhal dayandırmaq əmri alıb – BBC

61836028 605

Ukrayna Silahlı Qüvvələrinə Pasxa münasibətilə elan olunan atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə dəqiqə sonra atəşi dayandırmaq əmri verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Hərbçilərin sözlərinə görə, onlara hücum etməmək, mümkün pozuntuları qeydə almaq və yalnız zərurət yarandıqda cavab atəşi açmaq göstərişi verilib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin aprelin 19-da yerli vaxtla saat 18:00-dan etibarən birtərəfli atəşkəs elan etdiyini bildirib.

Aysel Əliyeva
Globalinfo.az