Ukrayna NATO üzvlüyünə yaxındır – Stoltenberq

NATO Ukrayna ilə illik islahat proqramı barədə razılığa gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

O, Ukrayna-NATO Şurasının xarici işlər naziri səviyyəsində ilk iclasını “məhsuldar” adlandırıb:

“Biz gələn il üçün iş proqramını təsdiqlədik. Buraya enerji təhlükəsizliyi, innovasiyalar və qarşılıqlı fəaliyyət daxildir. Ukraynaya prioritet islahatlar, o cümlədən korrupsiya ilə mübarizə, qanunun aliliyinin gücləndirilməsi, azlıqların hüquqlarının dəstəklənməsi ilə bağlı tövsiyələr vermişik. Ukrayna NATO-ya əvvəlkindən daha yaxındır”.

Safura Bənnayeva
Globalinfo.az