
“Rusiya və Ukrayna arasındakı müharibə 2025-ci ilin dekabr ayına qədər qismən başa çatacaq”.
Globalinfo.az xəbər verir ki, bunu hərbi ekspert Aleksandr Perendjiyev deyib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yay boyu davam edəcək:
“Bu ilin sonuna kimi müharibənin bitməsi üçün ümid yoxdur. Çoxları ABŞ Prezidenti Donald Trampın bəyanatlarına inanırdı. Hətta maraqlı tarix də qeyd edilirdi – 25.12.25…Əgər savaşın tamamlanması ehtimalı varsa, bu, dekabrın 22-də qismən olacaq”.
Ekspert bildirib ki, döyüşlər bitənə qədər çox hadisələr baş verməlidir:
“Yəni Avropa və ABŞ-ın daxili siyasətində, qlobal iqtisadiyyatda və cəbhədə dəyişikliklər mümkündür”.
Əliyar Xəlil
Globalinfo.az