Ukrayna müharibəsi bu templə davam etsə… – Rusiyanı gözləyən risk

Son günlər Ukrayna müharibəsində Rusiyanın aktivliyi Kiyevin tezliklə məğlub olacağı barədə fikirlərin səsləndirilməsinə səbəb olub. Belə ki, əsas müzakirə mövzusu Ukraynanın məğlubiyyəti fonunda növbəti mərhələnin necə olacağıdır.

Ukrayna Qərb və Rusiya arasında bölünə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Rusiyanın son vaxtlar cəbhədə irəliləməsindən sonra Ukraynanın parçalanıb kiçik dövlətə çevrilməsi və Avropa İttifaqına üzv seçilməsinə səbəb olacağı barədə fikirlər formalaşıb:

“Bu haqda danışmaq tezdir. Hazırda Ukraynaya ABŞ-dan yeni sistemlər verilir. “Patriot” və “F-16”-ların da yaya qədər tam verilməsi gözlənilir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bildirdi ki, Rusiyanın Ukraynanı məğlub etməsinə icazə verilməməlidir. Bu Qərbin, NATO və ABŞ-ın da məğlubiyyətidir”.

Politoloq Rusiyanın ABŞ-ın hərbi gücünə qalib gəlmək iqtidarında olmadığını hesab edir:

“NATO hərbçiləri Ukrayna əsgərlərinə təlim keçir, lakin açıq formada münaqişəyə qoşulmayıb. Müharibənin hazırkı formada davam etməsi fonunda Alyansın qoşunlarının Kiyevə dəstək olacağı gözlənilir. Fransa Prezidenti Emmanuel Makron bu istiqamətdə açıqlamalar verir”.

Safura Bənnayeva
Globalinfo.az