Ukrayna Krasnodarda “İlski” neft emalı zavodunu sıradan çıxardı

Ukrayna Krasnodarda “İlski” neft emalı zavodunu sıradan çıxardı

Rusiya Federasiyasının Krasnodar diyarında yerləşən “İlski” neft emalı zavodu Ukrayna Xüsusi Əməliyyat Qüvvələri (XƏQ) tərəfindən Rusiya ərazisində fəaliyyət göstərən partizanlarla birgə sıradan çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın XƏQ-nin “Telegram” kanalında məlumat paylaşılıb.

“Sentyabrın 7-nə keçən gecə Xüsusi Əməliyyat Qüvvələri Rusiya Federasiyasının Krasnodar diyarında fəaliyyət göstərən müqavimət mərkəzi “Qara İskra” ilə birgə “İlski” Neft Emalı Zavodunda xüsusi əməliyyat həyata keçirib”, – deyə məlumatda qeyd olunub.

Məlumata görə, planlaşdırılmış əməliyyat çərçivəsində xüsusi təyinatlılar və rusiyalı partizanlar zavodun əsas obyektini – “ELOU-AT-6” adlı emal qurğusunu tamamilə məhv ediblər. Bu obyekt zavodun fəaliyyətini təmin edən əsas qurğu olub.