Ukrayna ordusu gəlir: Belqorod boşaldılır

Rusiyanın Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində sakinlər təxliyə edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru məlumat yayıb.

O, sərhəd xəttində vəziyyətin gərginləşdiyini bildirib:

“Krasnoyaruzhsk istiqamətində düşmən aktivləşib. Kurskdan çıxıb buraya daxil olmağa çalışırlar. Bizim üçün gərgin səhərdir. Sakinlərin həyat və sağlamlığının qorunması üçün onları daha təhlükəsiz bir yerə köçürməyə çalışırıq”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində irəlilədiyi deyilir.

Ayşən Mustafa
Globalinfo.az