Ukrayna payız aylarında İsraildən iki “Patriot” hava hücumundan müdafiə sistemi alacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı məlumat verib.
“İsrail istehsalı HHM sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. Biz payızda daha iki “Patriot” HHM sistemi alacağıq”, – Zelenski deyib.
Zelenski həmçinin Kiyevin Vaşinqtondan 90 milyard dollar dəyərində silah almasına dair ABŞ ilə mövcud razılaşmaya əlavə olaraq ayrı-ayrı silah növləri, o cümlədən uzaqmənzilli silahlar üçün ayrıca saziş bağlamağa hazır olduğunu bildirib.














