Ukrayna ilə saziş, Rusiya ilə əməkdaşlıq: ABŞ-ın yeni planları

Ukrayna ilə saziş, Rusiya ilə əməkdaşlıq: ABŞ-ın yeni planları

ABŞ Ukrayna ilə saziş imzaladıqdan sonra  faydalı qazıntılarla bağlı Rusiya ilə əməkdaşlıq edə bilər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümyəndəsi Stiven Uitkoff deyib.

“Mineral hüquqları Ukraynada kifayət qədər genişdir, yeri gəlmişkən, Rusiyada da kifayət qədər genişdir. İnanıram ki, sülh razılaşması əldə edildikdən sonra ABŞ və Rusiya üçün çoxlu imkanlar yaranacaq”, – o, “Fox News” telekanalına müsahibəsində bildirib.

Aysel Əliyeva
Globalinfo.az