Zelenski sonsuzadək davam edəcək müharibə istəyir.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri İlon Mask “X” hesabında yazıb.
Ukrayna Prezidentinin “Rusiya ilə müharibənin sonu yaxın deyil” fikirlərinə münasibət bildirən Mask “Zelenski sonsuza qədər davam edəcək müharibə istəyir. Bu, qəddarlıqdır” deyə qeyd edib.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp da ukraynalı həmkarının bu ifadəsinə münasibət bildirmiş və “Bu, Zelenski tərəfindən edilə biləcək ən pis açıqlama idi” demişdi.
Aysel Əliyeva
Globalinfo.az














