Ukrayna SQ-nin Hərbi Dəniz Qüvvələrinin Sevastopolda fəaliyyəti nəticəsində Rusiyanın “Kommuna” gəmisi yanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk məlumat yayıb.
“Bu hadisə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin birbaşa iştirakı ilə baş verib. Gəmiyə dəyən zərərin xarakteri dəqiqləşdirilir, lakin ilkin məlumata görə, gəmi artıq tapşırıqları yerinə yetirməyə hazır deyil”, – deyə o qeyd edib.
Pletençuk bildirib ki, gəmi hərbi təyinatlı deyil və Rusiya donanmasının ən qədim gəmisi sayılır.
Qeyd edək ki, sözügedən gəmi dünyada xidmətdə olan və döyüş tapşırıqlarını icra edən ən qədim gəmidir.