Ukrayna danışıqlar üçün daha çətin tərəfdir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Onun sözlərinə görə, Volodimir Zelenski əvvəlcə sülhə razı olmayıb, lakin daha sonra onu razı salmaq mümkün olub.
“Biz artıq nə isə etməyə çox yaxınıq. Ukrayna ilə məsələni həll etmişik. Bilirsiniz ki, mən həmişə demişəm, Ukrayna danışıqlar üçün hər zaman daha çətin tərəf olub. Mən Zelenskini qəbul edəndə elə hiss var idi ki, sanki o, sülh istəmir, indi isə razıdır. Görək, bundan sonra nə baş verəcək?!”, – Tramp bildirib.
Aysel Əliyeva
Globalinfo.az














