Ukrayna buranı azad etsə, Putin gedəcək – Rus politoloq

Rusiya Prezidenti Vladimir Putin qoşunlarını Ukraynadan geri çəkməyəcək.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı jurnalist İqor Yakovenko deyib.

O, Rusiyanın Xersonun itirilməsinə hələ də reaksiya verməməsinə görə təəccübləndiyini bildirib:

“Mən əminliklə deyə bilərəm ki, Putin Ukrayna ərazisindən qoşunların çıxarılmasına əmr verməyəcək. Mənim üçün kifayət qədər xoş olmayan xəbər odur ki, Rusiya Xerson itirilməsi kimi güclü zərbəni çox asan qəbul etməyi bacardı. Məsələ indi Krımın Ukrayna tərəfindən azad edilməsinin nə qədər ciddi zərbə olacağıdır. Bu yarımada Rusiya üçün çox əhəmiyyətlidir. Putin rejimi çətin ki, bu zərbəyə rahatlıqla dözsün”.