podolyak

Avropa Ukraynanın 800 min nəfərlik ordusunu bütün maliyyələşdirilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının müşaviri Mixaylo Podolyak deyib.

“Biz inanırıq ki, belə olarsa, ordumuz şərq sərhədi boyunca çəkindirici qüvvə olacaq. Bütün Avropa bununla maraqlanmalı və investisiyalar bölüşdürülməlidir”, – deyə o bildirib.

Bundan əvvəl noyabrın 25-də “Financial Times” qəzeti yazıb ki, Ukrayna Rusiya ilə münaqişənin həlli üçün sülh müqaviləsinin bir hissəsi olaraq ordusunun sayını 800.000 nəfərə endirməyə razılaşıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: