Ukrayna bu ölkələrlə vacib saziş imzaladı

Ukrayna Litva və Estoniya ilə təhlükəsizlik zəmanətləri haqqında sazişlər imzalayıb.

Globalinfo.az xəbər verir ki, sənəd Aİ-nin Brüsseldə keçirilən sammitində imzalanıb. Müqaviləyə Ukrayna tərəfindən ölkə prezidenti Volodimir Zelenski imza atıb.

Öz növbəsində müqavilələri Litva Prezidenti Gitanas Nauseda və Estoniyanın Baş naziri Kaja Kallas imzalayıb.

Son aylarda Ukrayna 16 Avropa ölkəsi və ABŞ ilə zəmanət müqavilələri bağlayıb. Dəstək verməyə hazır olan tərəfdaşlar arasında Böyük Britaniya, Norveç, Almaniya, Fransa, Danimarka, Kanada, İtaliya, Hollandiya, Finlandiya, Latviya, İspaniya, Belçika, Portuqaliya, İsveç və İslandiya da var.

İmzalanmış sazişlər Ukraynaya hərtərəfli yardım tədbirləri paketini nəzərdə tutur. Bura hərbi və iqtisadi dəstək, eləcə də siyasi yardım daxildir.

Qeyd edək ki, iyunun 27-də Ukrayna da Avropa İttifaqı ilə təhlükəsizlik zəmanəti imzalayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az